4 fevral 2025 at 14:03
Jurnalist kodu: 5564
Xəbər kodu: 85740148
T T
1 Persons
HƏMAS: Yeni anti-sionist əməliyyat Təl-Əvivin cinayətlərinə cavabdır

Tehran - İRNA - HƏMAS İordan çayının qərb sahilində yeni anti-sionist əməliyyatının sionist rejimin Fələstin xalqına qarşı cinayətlərinə cavab olduğunu vurğulayıb.

HƏMAS bu gün çərşənbə axşamı bir fələstinli vətəndaşın sionist rejimin İordan çayının qərb sahilindəki “Tiyasir” keçid məntəqəsində sionistlərə qarşı anti-sionist əməliyyatı ilə bağlı yaydığı bəyanatında bildirib: “Bu əməliyyat sionist rejimin cinayət və təcavüzlərinin cavabsız və cəzasız qalmayacağını vurğulayır.”

HƏMAS əlavə edib: “Sionist rejimin İordan çayının qərb sahilində xalqa və onun Cenin, Tulkərm və Tubasdakı düşərgələrinə qarşı davam edən cinayətləri Fələstin xalqının iradəsini zəiflətməyəcək.”

Müqavimət hərəkatı İordan çayının qərb sahili xalqının cihadını və müqavimətini təqdir etməklə yanaşı, işğalçılara və sionist mühacirlərə qarşı münaqişələri genişləndirməyə çağırıb.

Bir neçə saat əvvəl xəbər mənbələri məlumat yayıb ki, İordan çayının qərb sahilindəki Tubas şəhərinin şərqindəki “Tiyasir” kəndi yaxınlığında sionist rejimin nəzarət-buraxılış məntəqəsinə qarşı atışma nəticəsində ən azı iki sionist hərbçi məhv edilib. Əməliyyat zamanı ən azı altı nəfər yaralanıb.

Əməliyyatın icraçısı sionist rejimin hərbi forması geyinərək gözətçi qülləsinə sızıb

Sionist rejim mediası əməliyyatı həyata keçirən şəxsin nəzarət-buraxılış məntəqəsinin gözətçi qülləsinə sıza bildiyini, hətta üst mərtəbəyə çata bildiyini və oradan rejim əsgərləri ilə atışdığını bildirib.

Bu media qurumları əlavə edib ki, əməliyyatı həyata keçirən şəxs sionist rejimin hərbi forması geyinib.

Əməliyyatın icraçsı daha sonra sionist hərbçilərlə toqquşmada şəhid olub.

1 Persons

Sizin rəyiniz

You are replying to: .